Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

Vinisius Junior "Real Madrid"in bombardirləri sırasında Qaret Beylin 106 qolluq göstəricisini təkrarlayıb.

Fanat.Az xəbər verir ki, braziliyalı vinger klubun tarixində ən çox qol vuran oyunçular arasında yerini möhkəmləndirib.

Vinisiusun növbəti hədəfi 121 qolla 4-cü yerdə qərarlaşan Qonsalo İquayna çatmaqdır. 

2018-ci ildə "Real Madrid"ə qoşulan və "kral klubu"nun uğurlarında pay sahiblərindən olan Vinisiusun yüksəliş trayektoriyası göstərir ki, o, tezliklə İquaynı keçəcək. 

1. Kriştianu Ronaldu - 450 qol 2. Kərim Benzema - 354  3. Raul - 192 4. Qonsalo İquayn - 121  5. Vinisius Junior - 106 6. Qaret Beyl - 106  7. Ronaldo - 103 8. Serxio Ramos - 101 9. Fernando Moryentes - 100  10. Quti - 77 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər