Vardi əfsanəvi olduğu klubu tərk edir - Yeni təklif aldı

Vardi əfsanəvi olduğu klubu tərk edir - Yeni təklif aldı

İngiltərənin "Lester" klubunun hücumçusu Ceymi Vardi cari mövsümün sonunda yeni kluba keçə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 

Mənbənin məlumatına görə, təcrübəli forvardın karyerasını xaricdə davam etdirmək variantları var. Konkret, MLS klubları Ceyminin xidmətində maraqlıdır.  Vardi yaxın vaxtlarda "tülkülər"in rəhbərliyi ilə gələcəyini müzakirə edəcək. 

38 yaşlı hücumçu 2012-ci ilin yayından "Lester"də çıxış edir.Tərəflər arasında hazırki müqavilənin müddəti bu il iyunun sonunda başa çatacaq. 

Vardi bu mövsüm Premyer Liqada 31 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər