Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

PSV klubun və Niderland millisinin yarımmüdafiəçisi Noa Lanqın atası "Oleksandriya66" və DKV uşaq komandaları arasında keçirilən oyunda döyülüb.

Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

Mənbənin məlumatına görə, qarşılaşmanın hakimi Ceffri Lanq olub. Oyun zamanı bir nəfər meydançaya qaçaraq Lanqın üzünə yumruq zərbəsi endirib.

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR Futbolçunun atası hadisəni belə xatırlayıb: 

"Onun övladlarından biri "Oleksandriya66" komandasında oynayır. O, mənim qərarımla razılaşmadı. Dedim ki, bu haqda sonra danışarıq, ancaq o, məni vurdu. Mən səkkiz saniyəyə nokaut oldum. Bu, həqiqətən qorxaqcasına hərəkət idi, amma mənim üçün o qədər də vacib deyil. Pis olan odur ki, uşaqlar bundan mənəvi travma alıblar".

Cefri Lanq bildirib ki, onu vuran kişi ertəsi gün ona zəng edərək üzr istəyib. Üstəlik, o özü də polisə şikayət etmək fikrində olmayıb.

Qeyd edək ki, Noah Lanq 2021-ci ildən PSV-də çıxış edir və 2024/25 mövsümündə komandanın heyətində 42 matç keçirərək 14 qol vurub, 12 məhsuldar ötürməyə imza atıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər