Uels millisinin üzvü həbs olundu - "Biz bunu hökm çıxarılandan yarım saat sonra bildik"

Uels millisinin üzvü həbs olundu - "Biz bunu hökm çıxarılandan yarım saat sonra bildik"

Uels millisinin yarımmüdafiəçisi Evan Press 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Fanat.Az xəbər verir ki, bu barədə "Walesonline" məlumat yayıb.

Xəbərə görə, 24 yaşlı futbolçu narkotika alverində günahlandırılıb.     Futbolçunun klubu, yeddiqat Uels çempionu "Barri Taun" faktı təsdiqləyib: 

"Bu barədə yalnız ona hökm oxunan gün eşitmişik. O, bizə heç vaxt heç nə deməyib. Onun kokain alverinə qurşandığını haqqında hökm çıxarılandan yarım saat sonra, qohumu bizimlə əlaqə saxlayanda bildik".

Evan "Barri Taun"un vitse-kapitandır, lakin bu mövsüm 19 matçda komandanı meydana kapitan kimi çıxarıb.

Yarımmüdafiəçi 2018-ci ildən "Barri Taun"da çıxış edir və bu müddətdə 187 oyuna çıxaraq 11 qol vurub. Onun müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər