UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

Bu gün UEFA Konfrans Liqasında 2025-2026 mövsümü start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışın açılış günü birinci təsnifat mərhələsi çərçivəsində 2 matç baş tutacaq.

“Sent Cosefs” (Cəbəllütariq) “Kliftonvill”i (Şimali İrlandiya), “Floriana” (Malta) isə “Haverfordvest”i (Uels) qonaq edəcək.

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edən "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə ikinci mərhələdən başlayacaq. Bakılılar Xorvatiyanın "Hayduk", naxçıvanlılar isə Yunanıstanın "Aris" komandası ilə qarşılaşacaq. İkinci mərhələyə iki həftə sonra start veriləcək.  

UEFA Konfrans Liqası  I təsnifat mərhələsi 8 iyul

20:00. “Sent Cosefs” (Cəbəllütariq) – “Kliftonvill” (Şimali İrlandiya) 21:30. “Floriana” (Malta) – “Haverfordvest” (Uels)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər