U-19 moldovalı həmyaşıdlarına böyük hesabla uduzdu

U-19 moldovalı həmyaşıdlarına böyük hesabla uduzdu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. 

Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər