Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

Türkiyə Super Liqasında 36-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 8 oyun baş tutub.

“Antalyaspor” – “Qaziantep”, “Alanyaspor” – “Beşiktaş” və “Bodrumspor” – “Trabzonspor” qarşılaşmaları bərabərliklə bitib.

“Kasımpaşa” öz meydanında  “Başakşəhər”ə uduzubsa, “Rizəspor” evdə “Göztəpə”ni, “Samsunspor” “Sivasspor”u, “Fənərbağça” “Eyüpspor”u yenib. Lider “Qalatasaray” isə İstanbulda “Kayserispor”u darmadağın edərək sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, "aslanlar"ın 25-ci çempionluğu olub.

“Qalatasaray” 89 xalla turnir cədvəlinə başçılıq edirsə, “Fənərbağça” 81 xalla ikinci, “Samsunspor” 60 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 59, “Başakşəhər”in 54 xalı var.

Türkiyə Super Liqası 36-cı tur 17 may

Adana Dəmirspor – Hatayspor 0:5 Qollar: Butobba, 10; 61. Okoronkvo, 26; 38. J.Fernandes, 56-pen.

18 may

Alanyaspor – Beşiktaş 1:1 Qollar: Hvanq, 40 – R.Silva, 71.

Antalyaspor – Qaziantep 0:0

Bodrumspor – Trabzonspor 1:1 Qollar: Antalyalı, 12 – Çam, 76-pen.

Fənərbağça – Eyüpspor 2:1 Qollar: Ən-Nəsiri, 32. Dzeko, 84 – U.Meraş, 90+4.

Qalatasaray – Kayserispor 3:0 Qollar: Osimhen, 26. Yılmaz, 29. Muslera, 89-pen.

Kasımpaşa – Başakşəhər 2:3 Qollar: Hayradinoviç, 22-pen. Özcan, 60 – Duarte, 13. Kemen, 54. Opoku, 81.

Rizəspor – Göztəpə 6:3 Qollar: Hoyer, 11. Olavoyin, 32. Sou, 50. Zeqiri, 62; 87. Akintola, 85 – Romulo, 26; 45+2-pen. K.Günter, 77.

Samsunspor – Sivasspor 1:0 Qol: Dimata, 9.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər