Türkiyə Super Liqasında mövsümün sonuncu - 38-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, mövsümün son günündə 2 matç baş tutub.
“Beşiktaş” səfərdə “Bodrumspor”u darmadağın edib. “Samsunspor” isə öz meydanında “Kayserispor”a qalib gəlib.
Beləliklə, çempion “Qalatasaray” mövsümü 95 xalla zirvədə tamamlayıb. “Fənərbağça” 84 xalla ikinci, “Samsunspor” 64 xalla üçüncü, “Beşiktaş” 62 xalla dördüncü, “Başakşəhər” 54 xalla beşinci yeri tutub.
“Bodrumspor” (37), “Sivasspor” (35), “Hatayspor” (26) və “Adana Dəmirspor” (2) Super Liqanı tərk ediblər.
Türkiyə Super Liqası 38-ci tur 30 may
Antalyaspor – Trabzonspor 0:2 Qollar: Zubkov, 55. Lundstram, 57.
Qalatasaray – Başakşəhər 2:0 Qollar: Mertens, 17-pen. Osimhen, 81.
Kasımpaşa – Göztəpə 1:2 Qollar: Uanes, 47 – A.İldiz, 33-pen. Viktor Huqo, 90+2.
31 may
Fənərbağça – Konyaspor 2:1 Qollar: Kahveçi, 75. Nəsri, 82 - Melih Bostan, 4.
Rizəspor – Hatayspor 5:2 Qollar: Akintola, 43. Sou, 50; 90+3. Bulut, 72. Olavoyin, 90 - Baz, 68. Alisi, 74.
Adana Dəmirspor – Qaziantep 2:2 Qollar: Aliui, 11; 35 - Maksim, 32-pen. Boatenq, 64.
Alanyaspor – Sivasspor 2:0 Qollar: Enes Keskin, 33. Usluoğlu, 66.
1 iyun
Bodrumspor – Beşiktaş 0:4 Qollar: Hekimoğlu, 12; 45+1. J.Fernandeş, 27. Joau Mariu, 71-pen.
Samsunspor – Kayserispor 2:1 Qollar: Aydoğdu, 90+5. Muxa, 90+8 – Nazon, 46.