Türk futbolçu Avropa Liqasının tarixinə düşdü

Türk futbolçu Avropa Liqasının tarixinə düşdü
Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Milan” (İtaliya) – "Lill” (Fransa)  qonaq komandanın futbolçusu Yusuf Yazıçı üçün əlamətdar olub. 
 
Fanat.Az xəbər verir ki, fransızların 3:0 hesabı ilə qalib gəldiyi görüşdə hər üç qola türkiyəli yarımmüdafiəçi imza atıb. 
 
"San-Siro”da rəqib qapısından 3 top keçirən Yazıçı Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olaraq tarixə düşüb.
Türkiyə millisinin üzvü qrup mərhələsinin III turunda "Sparta” (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.
Qeyd edək ki, 2019-cu ildən "Lill”də çıxış edən hücumameyilli yarımmüdafiəçi bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər