“Trabzonspor”un Adebayordan sonrakı hədəfi

“Trabzonspor”un Adebayordan sonrakı hədəfi

 

Adebayoru heyətinə qatmaqla “bomba partlatmaq” istəyən “Trabzonspor” yalnız toqolu hücumçu ilə kifayətlənmək fikrində deyil. Fanat.az xəbər verir ki, qaradənizlilərin transfer siyahısındakı ikinci ulduz portəgiz Silvestre Vareladı. 

“Portu”nun formasını geyən 28 yaşlı futbolçu ilə danışıqlar aparılır. Türkiyə təmsilçisi Varelanı mövsümün sonunadək icarəyə götürmək niyyətindədi. Qardaş ölkənin mətbuatının yazdığına inansaq, özünü doğruldacağı halda “Trabzonspor” yarımmüdafiənin hər iki cinahında və nominal forvard mövqeyində oynamağı bacaran oyunçunun transfer hüququna sahib çıxacaq.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər