Ötən axşam “Trabzonspor” klubunun daxili iclası baş tutub. Fanat.Az xəbər verir ki, toplantıda komandanın ilk yarıdakı çıxışı və transfer çalışmaları müzakirə edilib.
İclasda prezident Muharrem Usta və baş məşqçi Ersun Yanal da iştirak edib. Baş məşqçi yay fasiləsində transfer olunan bəzi futbolçulardan narazılıq edib. Qərara alınıb Hyun Yun-Suk, Luis İbanez, Güray Vural, Muhammet Dəmir və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollar ayrılsın.
Qeyd edək ki, “Trabzonspor” Ramil Şeydayevi yayda “Zenit”dən transfer edib. 20 yaşlı hücumçu Super Liqada 1 matça çıxıb və 10 dəqiqə oynayıb. Kubokdakı 2 oyunda 76 dəqiqə meydanda olan futbolçu 1 qol vurub.
Fanat.Az