Toni Kroosun yeni işi bilindi - Özü açıqladı

Toni Kroosun yeni işi bilindi - Özü açıqladı

Əfsanəvi alman yarımmüdafiəçisi Toni Kroos yeni işi bəlli olub.

Fanat.Az xəbər verir ki, sabiq "Real Madrid"li ulduz karyerasına agent biznesində başlayıb.

Bu barədə yarımmüdafiəçinin özü "Instagram" səhifəsində məlumat paylaşıb. O, futbolçu olarkən maraqlarını təmsil edən "360 Sports" agentliyinin səhmdarı olub. 35 yaşlı alman futbolçu bu barədə belə deyib: "Bəzi oyunçulara idman səyahətlərində öz məsləhətlərimi verəcəyəm və təcrübəmi bölüşəcəyəm".

"360 Sports" hazırda Niklas Süle, Mario Götze, Alan Varela və bir çox başqa oyunçuların maraqlarını təmsil edir.

Xatırladaq ki, Kroos ötən ilin yayında AÇ-2024-dən sonra futbolçu karyerasını başa vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər