"Sumqayıt" "Səbail"ə oyuna itkilərlə çıxacaq

"Sumqayıt" "Səbail"ə oyuna itkilərlə çıxacaq
"Sumqayıt" Azərbaycan Premyer Liqasında XV turun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.
Klubdan "Report"a verilən məlumata görə, kapitan Vurğun Hüseynov və Cabir Əmirli zədə, digər müdafiəçi Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bugünkü matçda iştirak etməyəcək.
"Dənizçilər"in heyətində isə itki yoxdur.
Qeyd edək ki, "Sumqayıt" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər