Simone İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

Simone İnzaqinin yeni iş yeri bilindi - RƏSMİ

İtaliya "İnter"inin sabiq çalışdırıcısı Simone İnzaqinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Əl-Hilal" italiyalı mütəxəssisin təyinatını açıqlayıb. 

Səudiyyə Ərəbistanı klubu yeni baş məşqçisi ilə 2 illik müddətə müqavilə imzalayıb. İnzaqi Səudiyyə Ərəbistanında hər mövsümə 26 milyon avro qazanacaq. 

Simone 2021-ci ildən çalışdığı "İnter"lə yollarını çərşənbə axşamı rəsmən ayırıb. "Neradzurri" onun rəhbərliyi altında Çempionlar Liqasının finalında PSJ-yə ağır məğlubiyyətlə üzləşib (0:5). 

“Əl-Hilal” son Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 8 xal geri qalaraq ikinci olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər