Simeone həmyerlisini komandasına gətirir

Simeone həmyerlisini komandasına gətirir

"Atletiko Madrid" müdafiə xəttini gücləndirmək üçün bu yay yeni transfer reallaşdıracaq. 

Fanat.Az xəbər verir ki, Dieqo Simeone "Tottenhem"in müdafiəçisi Kristian Romeronu komandasında görmək istəyir.

Bu barədə “Sky Sports” məlumat yayıb. Mənbənin sözlərinə görə, ispanlar 26 yaşlı argentinalının yayda hotspurlularla hazırkı müqaviləsinin müddətinin 2 ilə düşməsindən yararlanmağa çalışacaq.

Qeyd edək ki, Romero bu yaxında “Tottenhem” rəhbərliyini daim komandanın liderlərini satdığına görə tənqid etmişdi.

Kristian Romero bu mövsüm cəmi 17 matçda iştirak edib, 27-ni zədə səbəbindən buraxıb. "Transfermarkt" oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər