Şeydayev oynamadı, "Trabzonspor" uduzdu

Şeydayev oynamadı, "Trabzonspor" uduzdu

Türkiyə Super Liqasında II turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ilə ayrılıb - 0:1. İlk turda olduğu kimi, Ramil bu görüşün də iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, "Trabzonspor" 2 turdan sonra 3 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər