Səudiyyə Ərəbistanının 3 klubu "Barselona"nın 4 futbolçusunu aparır

Səudiyyə Ərəbistanının 3 klubu "Barselona"nın 4 futbolçusunu aparır

Avropada futbol ulduzlarının ovunu davam etdirən Səudiyyə Ərəbistanı nəhəngləri “Barselona”nın 4 futbolçusuna elçi düşüblər.

Fanat.Az "Sportbox"a istinadən xəbər verir ki, "Əl-Hilal", "Əl-Nəsr" və "Əl-İttihad"ın təmsilçiləri kataloniyalıların rəhbərliyi ilə görüşərək potensial transferləri müzakirə ediblər.

“Əl-Hilal” braziliyalı Rafinyanı heyətinə qatmağa çalışır. Futbolçunun "Barsa" ilə müqaviləsinin müddətini uzatmaq yönündə apardığı danışıqlar hələlik nəticə vermir və ərəblər vəziyyətdən istifadə etməyə hazırlaşırlar.

"Əl-Nəsr" iki müdafiəçinin - Ronald Arauxo və Jül Kundenin xidmətində maraqlıdır. "Əl-İttihad" isə yenidən Frenki de Yonqa elçi düşüb. 

"Barselona" 76 xalla La Liqanın lideridir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər