Sesk Fabreqasın klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb

Sesk Fabreqasın klubu "Qalatasaray"ın futbolçusuna elçi düşüb

"Qalatasaray"ın futbolçusu Davinson Sançezə Avropadan təkliflər gəlməyə davam edir.

Fanat.Az xəbər verir ki, İtaliya təmsilçisi "Komo" futbolçunun transferində maraqlıdır.

Bu barədə məlumatı "Fotomaç" yayıb.

Xəbərdə bildirilir ki, ulduz futbolçusunu itirmək istəməyən "sarı-qırmızılılar" italiyalıların ilk təklifini rədd edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2023-cü ildən "Qalatasaray"da çıxış edir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər