Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

"Liverpul"un hücumçusu Məhəmməd Salah mövsümün sonunda "Mançester Siti"dən ayrılmağa qərar verın belçikalı yarımmüdafiəçi Kevin de Bröyneni komandasında görmək istədiyini bildirib. 

Fanat.Az xəbər verir ki, Salah "Sky Sports"a müsahibəsində belə deyib: 

"Onu karyerası münasibətilə təbrik etmək istəyirəm. O, "Siti"də fenomenal iş gördü, liqanın parlaq simalarından idi. Mən ona həqiqətən ən yaxşısını arzulayıram. Bəli, "Liverpul"a gələ bilər, onun üçün yerimiz var!".

Qeyd edək ki, daha əvvəl mətbuatda Kevin de Bröynenin yayda "Liverpul"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. 

Belçikalı futbolçunun iyunda 34 yaşı tamam olacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər