Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

"Qarabağ"ın gənc qapıçısı Sadiq Məmmədzadənin Serbiyanın "Belqrad" klubuna keçidi üç-dörd həftə sonra baş tutacaq.

Bu barədə Fanat.Az-a 19 yaşlı qolkiper özü məlumat verib. 

Hazırda "Qarabağ"ın əvəzedici komandası ilə məşqləri davam etdirən Sadiq aldığı təkliflə bağlı danışıb:

"Bəli, Avstriyaya mümkün transferə görə gedə bilmədim. Qışda "Belqrad"da yoxlanışdan keçmişdim, bəyənmişdilər. Sadəcə, transfer pəncəəsi bağlı olduğu üçün danışıqları yaya saxladıq. Detallar yaxında bəlli olacaq. İyulun sonunda, uzağı avqustun əvvəlində Serbiyaya yollanacağam". 

Qeyd edək ki, Sadiq Məmmədzadə "Səbail"in Futbol Akademiyasının qapıçısıdır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər