Ruslan Nəsirli yenidən «Trabzonspor»da - FOTO

Ruslan Nəsirli yenidən «Trabzonspor»da - FOTO
Ötən mövsümün əvvəlində «Sumqayıt»ın iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinovun Türkiyənin «Trabzonspor» klubunda baxışda olmuşdu. Fanat.az xəbər verir ki, Ruslan yenidən Türkiyə klubunun maraq dairəsinə düşüb.
Belə ki, «Trabzonspor»un rəhbərliyi «Sumqayıt»ın və 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu ilə bağlı Premyer Liqa klubuna 2-ci dəfə məktub ünvanlayıb. 18 yaşlı futbolçu «bordo-mavililər»in əvəzedici komandasında növbəti dəfə baxışdan keçəcək. Ruslan Trabzon təmsilçisinin məşqçilər korpusu tərəfindən bəyənilsə onunla müqavilə imzalanacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər