Rusiyanın "Rostov" klubunun hücumçusu Dmitriy Poloz "Trabzonspor"a keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Yeniakt" saytı məlumat yayıb.
Xəbərə görə, 25 yaşlı futbolçu ilə Türkiyə klubu ilə danışıqlar aparır. Transfer qiymətinin 6 milyon avro ölacağı bildirilib.
Qeyd edək ki, Dmitriy Poloz 2012-ci ildən "Rostov"da çıxış edir.
Fanat.Az