Rüfət Dadaşov darmadağına qolla töhfə verdi - VİDEO

Rüfət Dadaşov darmadağına qolla töhfə verdi - VİDEO

Almaniyanın "Dinamo Berlin" komandası Liqa Kubokunda növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, sözügedən komandada çıxış edən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov turnirin 1/4 finalında "Kroatiya" ilə matçın iştirakçısı olub.   “Dinamo” evdə rəqibini 3 cavabsız qolla darmadağın edib. Start heyətində meydana çıxan və matçı əvəzolunmadan keçirən Dadaşov qarşılaşmanın 60-cı dəqiqəsində komandasının 2-ci qolunun müəllifi olub.

Beləliklə, Rüfətin komandası yarımfinala yüksəlib. Turnirə mayın 24-də yekun vurulacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər