Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

Portuqaliyalı superulduz Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” komandası Səudiyyə Ərəbistanı çempionatının 32-ci turu çərçivəsində “Əl-Taavun”la heç-heçə edib (1:1).

Fanat.Az xəbər verir ki, sözügedən komanda xal itkisi nəticəsində növbəti mövsüm Asiya Çempionlar Liqasında oynamaq şansını itirib. 

Ər-Riyad komandası hazırda 64 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Ulduz hücumçu “Əl-Nəsr”in son iki matçını buraxıb.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının 2025/26 mövsümünün elitasında Səudiyyə Ərəbistanının üç komandası çıxış edəcək. Çempion “Əl-İttihad” və ikinci yeri tutan “Əl-Hilal”dan başqa, bu mövsüm AÇL-in qalibi olan "Əl-Əhli" vəsiqəni təmin edib. 

Sin Çempionlar Liqasında Ronaldunun komandası yarımfinalda "Kavasaki Frontala" ilə qarşılaşaraq uduzub (2:3).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər