Ronaldu dubl etdi, komandası qələbə qazandı - VİDEO

Ronaldu dubl etdi, komandası qələbə qazandı - VİDEO

Əfsanəvi portuqaliyalı hücumçu Kriştianu Ronaldo karyerasında növbəti qollarını vurub. 

Fanat.Az xəbər verir ki, 40 yaşlı superulduz Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda əsas rəqibi "Əl-Hilal"la qarşılaşmada iki dəfə fərqlənib.

İkinci hissənin əvvəlində Sadio Manenin ötürməsini tək toxunuşla tora qovuşduran Ronaldu karyerasında 930-cu, matçın sonlarında isə 931-ci qolunu vurub. O, matçın 88-ci dəqiqəsində penaltidən növbəti dəfə fərqlənərək yekun nəticəni müəyyənləşdirib - 3:1.

Beləliklə, o, 1000 qol hədəfinə daha da yaxınlaşıb.

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər