Ronaldu bunu 15 mövsüm bacarıb

Ronaldu bunu 15 mövsüm bacarıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.

Fanat.Az “BBC Sport”-a istinadən xəbər verir ki, 40 yaşlı superulduz bunu ötən gün “Əl-Hilal”a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.

Portuqaliyalı forvard karyerası ərzində vurduğu qolların sayını 931-ə çatdırıb. O, klub səviyyəsində 795, ölkəsinin millisində isə 136 qol vurub.

Ronaldo bu mövsüm “Əl-Nəsr”ın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin yayına kimi nəzərdə tutulub. Onun transfer dəyəri 12 milyon avro qiymətləndirilir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər