Romalıların sabiq çalışdırıcısı Turin klubunda - RƏSMİ

Romalıların sabiq çalışdırıcısı Turin klubunda - RƏSMİ

"Latsio" klubunun sabiq çalışdırıcısı Marko Baroninin yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, o, "Torino"nun baş məşqçisi təyin edilib. 

Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Baroni məşqçi postunda Paolo Vanoli əvəzlənib. 

Paolonun rəhbərliyi altında komanda İtaliya çempionatının ötən mövsümünü 11-ci yerdə başa vurub. Komanda keçirdiyi 38 matçda 44 xal qazana bilib. 

Yayda Roma təmsilçisindən ayrılan 61 yaşlı Baroni "Latsio"dan əvvəl "Verona", "Leççe", "Kremoneze" və digər klublarda çalışıb. 

İtaliya A Seriyasında yeni mövsümün avqustun sonunda başlaması planlaşdırılır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər