Rodri nə vaxt qayıdacaq? - Qvardioladan açıqlama

Rodri nə vaxt qayıdacaq? - Qvardioladan açıqlama

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ispaniyalı yarımmüdafiəçi Rodri Ernandesin komandaya mümkün qayıdışı barədə danışıb. 

Fanat.Az xəbər verir ki, çarpaz bağından əməliyyat olunan ulduz artıq məşqlərə qayıdıb. 

Qvardiola "Qızıl top"un sahibinin dönüş tarixi ilə bağlı ESPN-ə belə danışıb:

"Rodri həkimlər ona icazə verən kimi oynayacaq. Bu barədə şəxsən mənə məlumat verilməlidir. Onun ciddi zədəsi var idi. Hazırda Rodri özünü yaxşı hiss edir. O, daim məşq edir, lakin biz heç bir riskə yol verə bilmərik". 

Xatırladaq ki, 2024-cü ildə Rodri “Qızıl top”u qazanıbı. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi iki matçda iştirak edib.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər