Rocers Konfrans Liqası haqda: "Öyrənəcəyəm, görüm bu nə turnirdir belə"

Rocers Konfrans Liqası haqda: "Öyrənəcəyəm, görüm bu nə turnirdir belə"

Avropa Liqasının qrup mərhələsinin son turunda “Napoli”yə uduzan (2:3) “Lester Siti” çıxışını Konfrans Liqasında davam etdirəcək. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki,komandanın baş məşqçisi Brendan Rocers hələ də Konfrans Liqasının nə olduğunu  başa düşümədiyini deyib: 

“Düzünü desəm, bunun hansı turnir olduğunu belə bilmirəm. Bütün diqqətimi Avropa Liqasına, qrup mərhələsində qalib gəlməyə yönəltmişdim. Ya da heç olmasa ikinci yeri tutmağa. Konfrans Liqası turniri necə keçirilir? Bilmık istəyirəm ki, komandalar hansı şəkildə oynayır?  Konfrans Liqasına hörmətlə yanaşsam da, onunla tanış olduğuma əmin deyiləm. Amma hər şeylə mütləq tanış olacağam. Öyrənəcəyəm görüm ki, bu nə turnirdir belə”.

Qeyd edək ki, "Lester Siti" turnirdəki təmsilçimiz "Qarabağ"ın potensial rəqiblərindən biridir. Turnirin pley-off mərhələsinin püşkatması 13 dekabr tarixində keçiriləcəkdir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər