"Reyncers"in qapıçısı Avropa Liqasının tarixinə düşdü

"Reyncers"in qapıçısı Avropa Liqasının tarixinə düşdü

"Reyncers"in qapıçısı Alan Makqreqor UEFA Avropa Liqasının tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, AL-in finalında, "Ayntraxt"a qarşı matça start "11-lik"də yer alan Makqreqor bu turnirin finallarında meydana çıxmış ən yaşlı futbolçu olub.

Qolkiperin 40 yaş 107 günlüyündə qeydə alınan göstərici avrokuboklar tarixində 3-cüdür. O, yalnız italiyalı həmkarı Dino Zoff (41 yaş 86 gün) və niderlandlı qapıçı Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.

Qeyd edək ki, İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən "Ayntraxt" - "Reyncers" matçında ilk hissə oynanılır və hesab açılmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər