"Rəqibin səviyyəsini gördük" - "Omoniya"nın baş məşqçisi

"Rəqibin səviyyəsini gördük" - "Omoniya"nın baş məşqçisi

Kiprin “Omoniya" komandasının baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:   “Oyuna istədiyimiz kimi başladıq. Komandamın ilk hissədə apardığı mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi. Rəqibin səviyyəsini, necə keyfiyyətli komanda olduğunu gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma bu, yetərli deyil".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər