Region Liqasının qalibi müəyyənləşir

Region Liqasının qalibi müəyyənləşir

Bu gün AFFA Region Liqasında qalib müəyyənləşəcək. 

Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda həm 3-cü yer uğrunda görüş, həm də final qarşılaşması keçiriləcək.

“Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.

Qeyd edək ki, 3-cü yer uğrunda matç Emin Əliyevə, final qarşılaşması isə Premyer Liqa hakimi Cavid Cəlilova tapşırılıb.

Region Liqası 22 may

3-cü yer uğrunda oyun

14:00. “Göyəzən” – “Ağstafa Gəncləri” Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev Hakim-inspektor: Rəhim Həsənov Qəbələ şəhər stadionu

Final

17:00. “Şirvan” – “Xankəndi” Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Rəhim Həsənov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər