Region Liqası: Final oyununun hakimi bilindi

Region Liqası: Final oyununun hakimi bilindi

AFFA Region Liqasında III yer uğrunda oyunun və final görüşünün hakim təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, 3-cü yer uğrunda matç Emin Əliyevə, final qarşılaşması isə Premyer Liqa hakimi Cavid Cəlilova tapşırılıb.

Mayın 22-də “Göyəzən” və “Ağstafa Gəncləri” bürünc medal, “Şirvan”la “Xankəndi” isə qızıl medal uğrunda matçda qarşılaşacaqlar.

Hər iki oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Region Liqası 22 may

3-cü yer uğrunda oyun

14:00. “Göyəzən” – “Ağstafa Gəncləri” Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev Hakim-inspektor: Rəhim Həsənov Qəbələ şəhər stadionu

Final

17:00. “Şirvan” – “Xankəndi” Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev VAR: Tural Qurbanov AVAR: Asiman Əzizli Hakim-inspektor: Rəhim Həsənov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər