Ramos yeni klubunda ilk qolunu vurdu - VİDEO

Ramos yeni klubunda ilk qolunu vurdu - VİDEO

"Monterrey"in ulduz müdafiəçisi Serxio Ramos Meksikada ilk qolunu vurub. 

Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu "Santos Laquna" ilə keçirilən Klausura matçında fərqlənib. 

İspaniyalı veteran 57-ci dəqiqədə hesabı 2:1 komandasının xeyrinə edib.  

"Monterrey" yekun nəticədə 4:2 hesablı qələbə qazanıb. Mərkəz müdafiəçisi final fitinə qədər oynayıb. 

Bu, Serxio Ramosun "Monterrey"də ikinci oyunu olub. 

Xatırladaq ki, “Real Madrid”in sabiq kapitanı Meksika təmsilçisinin sıralarına fevralın əvvəlində qoşulub. Bundan əvvəl o, 7 ay klubsuz qalıb. 

Bu nəticədən sonra "Monterrey" Meksika çempionatının turnir cədvəlində onuncu yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər