"Trabzonspor" Ramil Şeydayevn transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
"Trabzonspor" azərbaycanlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Super Liqa klubu Şeydayevin maaşını da açıqlayıb. Futbolçu 2016/17 mövsümündə 430, 2017/18 mövsümündə 350, 2018/19 mövsümündə 400, 2019/20 mövsümündə isə 450 min avro olmaqla ümumilikdə 1 milyon 630 min avro (təxminən 2,8 milyon manat) qazanacaq.
Ramil tibbi müayinədən keçibö Futbolçu artıq komandanın Slovakiya toplanışına yollanıb.
Qeyd edək ki, buna qədər "Zenit"də çıxış edən Şaydayevin anası rus, atası isə Kürdəmirdəndi. Onu da bildirək ki, Rusiyanın U-21 millisinə qədər yüksəlmiş futbolçu fikrini dəyişərək, Azərbaycan yığmasında forma geyinmək üçün AFFA-ya müraciət edib. Onun müraiciətinə necə cavab veriləcəyi maraqla gözlənilir.



Fanat.az