Türkiyə Super Liqasının I turunda "Trabzonspor" qələbəyə sevinib.
Fanat.az xəbər verir ki, "Qara dəniz fırtınası" doğma meydanda "Kasımpaşa"ya şans verməyib. Onazinin 21 və 90-cı dəqiqədə vurduğu qollar "Trabzonspor"a qələbə qazandırıb.
Təəssüflər olsun ki, həmyerlimiz Ramil Şeydayev bu qələbədə pay sahibi olmayıb. Baş məşqçi Ərsun Yanal Ramilin adını oyunun iştirak ərizəsinə daxil etməyib.
Fanat.az