Türkiyə Super Liqasında XIII turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" yığmamızın sabiq futbolçusu Ufuk Budakın forma geyindiyi "Kayserispor"un qonağı olub.
Oyun Trabzon təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil Şeydayev 80-ci dəqiqədə matçdakı yeganə qolun müəllifi Matus Beronun yerinə meydana çıxıb və 90+3-cü dəqiqədə sarı vərəqə alıb. Ufuk Budak isə ehtiyatda qalıb.
Qeyd edək ki, "Trabzonspor" 13 turdan sonra 15 xalla turnir cədvəlinin 12-ci, "Kayserispor" 9 xalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.Az