Ramil oynamadı, “Trabzonspor” qalib gəlmədi

Ramil oynamadı, “Trabzonspor” qalib gəlmədi

Türkiyə kubokunun qrup mərhələsində ikinci turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” da növbəti matçına çıxıb.

 

“Qaradənizlilər” səfərdə Super Liqanın digər üzvü “Konyaspor”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Ramil isə Super Liqada olduğu kimi kubok oyununda da meydana çıxmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə salınmayıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər