Ramil oynadı, “Trabzonspor” mərhələ keçdi

Ramil oynadı, “Trabzonspor” mərhələ keçdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” Türkiyə kuboku uğrunda növbəti oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Qaradəniz təmsilçisi səfərdə "Çorum Bələdiyyəspor”la qarşılaşıb.

 

Start heyətində oyuna qoşulan Şeydayev 45 dəqiqə mübarizə aparıb. Baş məşqçi Ərsun Yanal ona yarımmüdafiənin sağ cinahında şans verib. Yığmamızın üzvü ilk hissə ərzində yalnız 3 dəfə cinah ötürməsi ilə yadda qalıb. Yanal fasilədən sonra hücumçumuzu Mehmet Ekici ilə əvəzləyib.

 

O ki qaldı matça, "Çorum Bələdiyyəspor” 23-cü dəqiqədə gözlənilmədən hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Qonaqlardan Dame Ndoye 85-ci dəqiqədə hesabı bərabərləşdirib. 109-cu dəqiqədə Okay Yokuşlunun vurduğu qol isə “Trabzonspor”a əzmkar qələbə qazandırıb – 2:1.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər