Qvardiola "Qızıl top"u qazanmağa əsas favoritin adını açıqladı

Qvardiola "Qızıl top"u qazanmağa əsas favoritin adını açıqladı

"Mançester Siti"nin baş məşqçisi  Xosep Qvardiola futbolda əsas fərdi mükafatın - "Qızıl top"un mümkün qalibi ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı 2024/25 mövsümü üçün potensial favoritlərin hər birinin qələbəyə iddialı olduğunu vurğulayıb.

"Sport.es" Qvardiolanın dediklərini belə çatdırıb: "Kim "Qızıl top"u qazansa, buna layiqdir. Dembele bunu əldə edə bilər - o, bu mövsüm hər şeyi qazandı. Yamalın 17 yaşında namizəd olması artıq qürur duymaq üçün əsasdır".

Usman Dembele klub səviyyəli yarışlarda 49 matça çıxaraq 33 qol vurub və 15 məhsuldar ötürmə edib. Yamal isə 55 matçda 18 qol vurub, 25 asistlə yadda qalıb.

Keçən il “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodri “Qızıl top”u qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər