"Özümü yaxşı hiss edəndə Fliklə danışacağam"

"Özümü yaxşı hiss edəndə Fliklə danışacağam"

Komanda ilə məşqlərə başlayan "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen səhhəti barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" alman qolkiperin dediklərini belə çatdırıb:

"Plana görə, bu mövsüm geri qayıtmalıyam. Özümü daha yaxşı hiss edəndə Hans-Diter Fliklə danışacağam. Voytsex Şensnı özünü fantastik hiss edir. Mən xoşbəxtəm, çünki ilk gündən onunla əla münasibətimiz var".

Xatırladaq ki, 32 yaşlı qolkiper sentyabrın sonunda sağ dizindəki patellar vətərinin qopmasından sonra əməliyyat olunub. Martın 31-də o, zədəsindən sonra ilk dəfə ümumi qrupla məşqə qatılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər