"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

"Yuventus"un müdafiəçisi Pyer Kalyulyu üçün artıq mövsüm bitib. 

Fanat.Az xəbər verib ki, buna səbəb onun diskvalifikasiya olunmasıdır. 

Kalyulyu A Seriyasının "Latsio" ilə oyununda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalandırılıb. Bu da o deməkdir ki, müdafiəçi mövsümün sonuna qədər "qoca sinyora"n oynamayacaq. 

Xatırlayırıq ki, fransız futbolçu heç-heçə (1:1) bitən görüşün 60-cı dəqiqəsində meydandan qovulub. 

Turinlilər son iki turda "Udineze" və "Venesiya" ilə qarşılaşacaq. "Yuventus" hazırda 64 xalla dördüncü yerdədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər