"Yuventus" portuqaliyalı məşqçiyə tapşırılacaq - İDDİA

"Yuventus" portuqaliyalı məşqçiyə tapşırılacaq - İDDİA

Baş məşqçisi postuna namizəd axtarışını fəal şəkildə davam etdirən "Yuventus" klubunun rəhbərliyi İngiltərədə tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka di Martsio yayıb.

Mənbənin məlumatına görə, turinlilər baş məşqçi postuna son illər London “Fulhem”ində çalışan 47 yaşlı portuqaliyalı Marku Silvanı dəvət etmək variantını gözdən keçirir. 

Silva buna qədər "Everton", "Sportinq", "Olimpiakos" və digər komandalarla işləməyi bacarıb. 

"Fulhem" bu mövsüm onun rəhbərliyi altında Premyer Liqanı 11-ci pillədə başa vurub. 

Geridə qalan mövsümdə "Yuventus"u Tiaqo Motta və İqor Tudor çalışdırıb. “Qoca sinyora” ölkə çempionatını dördüncü yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər