"Yuventus" Mottanı göndərməyə qərar verdi - Əvəzləyicisi ilə 4 aylıq müqavilə razılaşdırıldı

"Yuventus" Mottanı göndərməyə qərar verdi - Əvəzləyicisi ilə 4 aylıq müqavilə razılaşdırıldı

"Yuventus" klubu Tiaqo Mottanı baş məşqçi vəzifəsindən azad etmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "Gazzetto dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, artıq Turin klubunu çalışdıracaq məşqçinin kimliyi də bəllidir.

"Qoca sinyora"nın yeni çalışdırıcısı "İnter", "Mançester Siti" və İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Mançini olacaq. 

“Cenoa” ilə matç Motta üçün sonuncu oyun olacaq. Görüşün nəticəsindən asılı olmayaraq, mütəxəssis qovulacaq. Mançini ilə qısamüddətli müqavilə imzalanacaq. Təcrübəli məşqçi mövsümü Çempionlar Liqası zonasında başa vura bilsə, klub rəhbərliyi ona yeni tam müqavilə təklif edəcək.

Mançini 2024-cü ilin oktyabr ayının sonunda Səudiyyə Ərəbistanı millisindən qovulub. 

"Yuventus" hazırda A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yeri tutur. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər