"Yuventus" idman direktoru ilə vidalaşdı

"Yuventus" idman direktoru ilə vidalaşdı

Kristiano Cuntoli artıq "Yuventus"un idman direktoru deyil. 

Fanat.Az xəbər verir ki, məlumatı “qoca sinyora”nın rəsmi saytı yayıb. 

Bildirilib ki, klub və Cuntoli qarşılıqlı razılıq əsasında müqaviləyə xitam vermək barədə razılığa gəliblər. Qərar gələcək perspektivlərin və qarşılıqlı ehtiyacların birgə qiymətləndirilməsindən sonra qəbul edilib. 

53 yaşlı mütəxəssis 2023-cü ildən "Yuventus"da müvafiq postu tuturdu. O, bundan əvvəl 8 il "Napoli"nin idman direktoru vəzifəsində çalışıb. 

Xatırladaq ki, “Yuventus” son İtaliya çempionatını dördüncü pillədə başa vurub. Komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb. İtaliya mətbuatı idman direktoru təyinatından sonra "Yuventus"un baş məşqçi dəyişikliyi reallaşdıracağını iddia edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər