"Traktor" çempionluğa bir addım da yaxınlaşdı

"Traktor" çempionluğa bir addım da yaxınlaşdı

İran çempionatında 24-cü turun oyunları keçirilir.  

Fanat.Az xəbər verir ki, Təbriz klubu “Traktor” da növbəti matçına çıxıb.

Cənubi Azərbaycan təmsilçisi tur çərçivəsində səfərdə "Aluminium” komandası ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoşiçin çalışdırdığı kollektiv görüşdən minimal hesablı qalibiyyətlə ayrılıb – 1:0. Təbrizlilərə qələbə gətirən yejanə qolu 41-ci hissədə Mehdi Torabi vurub. 

“Traktor” hazırda 23 oyuna topladığı 51 xalla zirvədə qərarlaşıb. "Qurdlar" ən yaxın izləyicisi "Perspolis"i 4 xal qabaqlayır.

Qeyd edək ki, İran çempionatında mövsüm 30 turdan ibarətdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər