"Trabzonspor"un yeni baş məşqçisi - maaşı açıqlandı

"Trabzonspor"un yeni baş məşqçisi - maaşı açıqlandı

"Trabzonspor"un yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Fanat.az xəbər verir ki, rəhbərlik komandanı Hami Mandıralıya tapşırıb.

Bu barədə klubun rəsmi açıqlamasında bildirilir. Baş məşqçi ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Tərəflər mövsümün sonunda əməkdaşlıqda maraqlı olsa, müqavilə daha 1 illik uzadılacaq.

"Trabzonspor" Hami Mandıralının maaşını da açıqlayıb. Baş məşqçi aylıq 100 min lirə (52620 manat) maaş alacaq.

Qeyd edək ki, baş məşqçi karyerasına 2008-ci ildə Türkiyənin U-21 yığmasında başlayan Hami Mandıralı 2014-cü ildə "Trabzonspor", 2014/15 mövsümündə "Antalyaspor"a başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər