"Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlunun saxtakarlıq, dövlət əmlakını mənasimək və rüşvət iddiaları ilə keçirilən əməliyyat çəkrəçivəsində həbs olunduğu barədə xəbər vermişdik. Türkiyə mətbuatının məlumatında bildirilirdi ki, klub rəhbəri Avropa Liqasının püşkatma mərasimi üçün getdiyi İsveçrədən dönərkən Ankara Esenboğa Havalimanıda saxlanılıb.
Lakin Hacıosmanoğlu xəbəri təkzib edib. Fanat.az xəbər verir ki, "Trabzonspor"un prezidenti qısa açıqlamasında "saxlanılmağımla bağlı xəbərlər doğru deyil" deyib.
"Trabzonspor"un mətbuat xidmətinin rəhbəri Yakup Aslan da xəbərlərlə bağlı açıqlama verib: "Prezidentimizin həm ölkə daxilində, həm də xaricində oyun alqı-satqısına qarşı apardığı mübarizəyə kölgə salmaq istəyirlər. Məqsəd "Trabzonspor"u və prezidentini gözdən salmaqdı".
Fanat.az