"Trabzonspor"un prezidenti həbs olundu

"Trabzonspor"un prezidenti həbs olundu
Türkiyədə növbəti həbs dalğası başlayıb. Fanat.az xəbər ki, bu səhər İspanbul Prokuolrluğunun təlimatı ilə iş adamları, nazir övladları, dövlət məmurları polis tərəfindən saxlanılıb.
Həbs olunanlar arasında "Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu da var. Klub rəhbəri Avropa Liqasının püşkatma mərasimi üçün getdiyi İsveçrədən dönərkən Ankara Esenboğa Havalimanıda saxlanılıb.
Qeyd edək ki, həbslər saxta sənədlərin hazırlanması, dövlət əmlakının mənimsənilməsi və rüşvət iddialarına görə aparılıb. Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab, məşhur iş adamı Ali Ağaoğlu, daxili işlər naziri Muammer Gülerin oğlu Barış Güler, iqtisadiyyat naziri Zafer Çağlayanın oğlu Salih Kaan Çağlayan, ətraf mühit və şəhərçilik naziri Erdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar, Fatih bələdiyyə başqanı Mustafa Demir, bank rəhbəri, nazirlik əməkdaşları da daxil olmaqla ümumilikdə 37 nəfər həbs edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər