"Trabzonspor"da "zəlzələ": günahkarlar tapıldı

"Trabzonspor"da "zəlzələ": günahkarlar tapıldı
"Fənərbaxça" ilə oyunu yarımçıq qalan "Trabzonspor" rəhbərliyi radikal qərarlar qəbul edib. Fanat.az "TRT Spor"a istinadən xəbər verir ki, klub rəhbərliyi 6 futbolçunu heyətdən kənarlaşdırıb.
Qərara əsasən Erkan Zengin, Marko Marin, Fatih Atik, Sefa Yılmaz, Özer Hurmacı və Luis Pedro Kavanda uğursuz çıxışa səbəb göstərilib. Onların hansı müddətə heyətə heyətdən kənarlaşdırıldığı açıqlanmayıb.
Qeyd edək ki, "Trabzonspor" - "Fənərbaxça" matçı qonaqların 4:0 hesablı üstünlüyü olduğu zaman azarkeşin meydana daxil olaraq 4-cü hakimi döyməsi səbəbindən yarımçıq dayandırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər